"Raşford nə Erik ten Haqa hörmət qoyur, nə də komanda yoldaşlarına"

"Raşford nə Erik ten Haqa hörmət qoyur, nə də komanda yoldaşlarına"

"Markus Raşford özünü toxunulmaz hesab edir. O, nə Erik ten Haqa hörmət qoyur, nə də komanda yoldaşlarına".

Fanat.Az xəbər verir ki, bunu "Daily Mail"ə açıqlamasında "Çelsi"nin sabiq futbolçusu Kris Satton deyib.

Satton İngiltərə millisinin forvardının xəstə olduğunu bəhanə edərək məşqə gəlməməsinə, əvəzində gecə klubuna yollanmasına belə münasibət bildirib: "Bu, onun ilk intizamsızlığı deyil. Həmişə buna bənzər nələrsə edir. Onun etdiklərinin adı hörmətsizlikdir. Görünən budur ki, Raşford klubda baş məşqçidən daha çox qalacağına əmindir, amma heç kimi saya salmaması reallıqdır".

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 20 matça çıxan Markus 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər