Serxio Ramos "Real”la vidalaşıb.
Fanat.Az xəbər verir ki, ulduz müdafiəçinin Madrid klubunda son mətbuat konfransı keçirilib.
35 yaşlı Ramos danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Real”la vidalaşmağın vaxtıdır. Həyatımın ən çətin anlarından biridir. Bu, bir vidadan daha artıqdır. Nə vaxtsa geri qayıdacağımdan əminəm. "Real” hər zaman qəlbimdə qalacaq. Hər kəsə təşəkkür edirəm”.
2005-ci ildən "Real”da çıxış edən Ramosun klubla bu ayın sonunda başa çatacaq müqaviləsi yenilənməyib.
Fanat.Az