Ramos: "Elə hesab edirəm ki, peşəkar səviyyədə oynaya bilməyəcəyəm"

Ramos: "Elə hesab edirəm ki, peşəkar səviyyədə oynaya bilməyəcəyəm"

PSJ-nin ispaniyalı müdafiəçisi Serxio Ramos hazırki durumu barədə açıqlama verib.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə"Le Parisien" nəşrinə müsahibəsində danışıb: “Fizioterapevt, fitnes məşqçisi ilə idman zalında saatlarla məşq edəndə çətin anlar olu, tənhalıq hiss edirəm. Mənfi fikirlər daim yaranır, buna görə bəzən özümdən şübhələnməyə başlayıram və beləcə ruhdan düşürəm. Elə hesab edirəm ki, peşəkar səviyyədə oynaya bilməyəcəyəm. Ancaq daha sonra neqativ fikirləri geridə qoyub çalışmalara daha çox motivasiya ilə yanaşıram.

Özümə və çəkdiyim zəhmətə inanıram. PSJ-nin etimadını geri doğrultmağa çalışıram. Ümid edirəm ki, ən yaxşı formamı əldə edəcəm.

Düşünürəm ki, daha dörd-beş il oynaya bilərəm. Əsas odur ki, başımda hər şey qaydasındadır. Ümid edirəm ki, daha zədələrim olmayacaq”.

Xatırladaq ki, Serxio Ramos cari mövsüm PSJ-nin heyətində heçbir oyunda iştirak etməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər