Ramiz Məmmədov yeni vəzifəyə təyin edildi

Ramiz Məmmədov yeni vəzifəyə təyin edildi
Bu gün "Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib. Fanat.Az paytaxt təmsilçisinin saytına istinadən xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən sonra qərarlar qəbul olunub.
Komandanın baş məşqçisi vəzifəsinə Yuri Maksimovun təyin edilməsi ilə yanaşı, onun bu postda əvəzlədiyi Ramiz Məmmədovun da taleyinə aydınlıq gəlib. Müşahidə Şurası Məmmədovun "Keşlə”nin idman direktoru vəzifəsinə keçməsi ilə bağlı qərar qəbul edib.
İclasda həmçinin yeni futbolçuların "Keşlə”yə cəlb olunması və digər məsələlər barədə müzakirələr aparılıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər