Rafiq Hüseynov tarixə düşdü

Rafiq Hüseynov tarixə düşdü

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının qalibi olan Rafiq Hüseynov Azərbaycanın yunan-Roma güləşi tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, analoji yarışda üçüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan 34 yaşlı pəhləvan güləşin klassik növündə böyüklər arasında ən çox qitə çempionluğu qazanan idmançımız olub.

Qeyd edək ki, Hüseynov daha əvvəl 2011-ci ildə Dortmundda, 2020-ci ildə Romada Avropa çempionatının baş mükafatına sahib çıxıb. O, həmçinin 2021-ci ildə Osloda dünya çempionu, Tokio Yay Olimpiya Oyunlarının isə bürünc mükafatçısı olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər