Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olundu

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olundu

Qvineyaya 2025-ci ildə Afrika Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub.

Fanat.Az xəbər verir ki, məlumatı AFP yayıb.

Xəbərə görə, buna səbəb ölkədə lazımi infrastrukturun olmamasıdır. Qərarı Afrika Futbol Konfederasiyası (CAF) çıxarıb.

CAF prezidenti Patris Motsepenin sözlərinə görə, Qvineya yarışa hazır deyil. O, qurumun artıq yeni müraciətləri qəbul edəcəyini bildirib.

Qeyd edək ki, 2023-cü ilin yayında Kot d İvuarda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku hava şəraitinə görə 2024-cü ilin əvvəlinə təxirə salınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər