"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Benjamin Mendini komandanın məşqlərindən kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
Xəbərə görə, məşqə gecikən müdafiəçi haqda qərar qəbul edən mütəxəssis ona 1 həftəlik cəza verib.
Qeyd edək ki, 23 sentyabrda zədədən sonra bərpaedici məşqə 3 saat gecikən Mendi Entoni Coşua və Aleksandr Povetkinin Londonda baş tutan döyüşünə getdiyini deyib.
Fanat.Az