Qvardiola De Bröyneni kimin əvəzləyəcəyini açıqladı

Qvardiola De Bröyneni kimin əvəzləyəcəyini açıqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcəkdə komandanın belçikalı pleymeykeri Kevin De Bröyneni kimin əvəzləyəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcının İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən matçdan - "Brentford"la oyundan (3:1) sonra dediklərini klubun rəsmi saytı belə çatdırıb:

"Bir neçə həftə öncə demişdim ki, bu mövsüm Fil Foden qollar və ötürmələr ilə nəticələrin müəyyənləşməsində daha çox rol oynayır. Hazırda o, bizim üçün çox vacib oyunçudur. Oyunu çox yaxşı oxuyur. Bundan başqa, sadə və əvvəlkindən aqressiv çıxış edir. 

Onun üçün təhlükə yaratmaq və yaxın məsafədən qol vurmaq həmişə zövq mənbəyidir. Meydanda mövqe seçərkən komandanın rahat hərəkət etməsinə şərait yarada bilir. Fil xüsusi oyunçudur. Bu yaşda "Mançester Siti"də 250 oyun keçirməsi komandaya nə dərəcədə faydalı olmasının göstəricisidir. O, gələcəkdə Kevin De Bröyneni və Bernardu Silvanı əvəzləyəcək. Foden hər mövsüm topladığı təcrübəni sonradan başqalarına ötürəcək".

Qeyd edək ki, cari mövsüm İPL-də 22 matça çıxan Foden 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər