Qvardiola bəyəndiyi asiyalının adını açıqladı: "O, inanılmazdır, məşqçisini də düz tapıb"

Qvardiola bəyəndiyi asiyalının adını açıqladı: "O, inanılmazdır, məşqçisini də düz tapıb"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni mövsüm ərəfəsində bu gün mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis jurnalistlərdən birinin sevimli asiyalı futbolçusu ilə bağlı sualı cavablandırıb. 

O, ötən mövsüm özünü bütün İngiltərədə tanıdan "Brayton"un oyunçusunu bəyəndiyini dilə gətirib: “Asiyadan sevimli oyunçu? Kaoru Mitoma. O, sadəcə inanılmazdır və düzgün məşqçinin yanındadır. Kaoru keçən mövsüm "Brayton" üçün möhtəşəm performans göstərdi”.

26 yaşlı Mitoma ötən mövsüm "Brayton"da 7 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsinə görə, yapon oyunçu "qağayılar"da ildə 500 min avrodan az qazanır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər