Quti Bellingemi göylərə qaldırdı: "Vinisius, Mbappe, Haland yox, məhz o..." 

Quti Bellingemi göylərə qaldırdı: "Vinisius, Mbappe, Haland yox, məhz o..." 

"Real"ın keçmiş futbolçusu Quti Madrid klubunda əla start götürən ulduz yarımmüdafiəçi Cud Bellingemi tərifləyib.

Fanat.Az xəbər verir ki, o, "El Chiringuito" portalına belə deyib:

“Bellingem heyrətamiz oyunlar keçirir. Görünürdü ki, Vinisius, Mbappe və Halandın dövrüdür... Amma Ronaldu və Messinin taxtının boşaldığını dərk edən və buna can atan yeganə futbolçu Bellingemdir”.

Yay transferi olan 20 yaşlı Bellingem "Real"ın heyətində artıq 10 matça çıxıb və bu görüşlərdə 10 qol vurub, üç məhsuldar ötürmə edib.

Doqquz turdan sonra İspaniya La Liqasına "Real" başçılıq edir. Karlo Ançelottinin komandası 24 xal toplayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər