"Özümüzə inanırıq və nə etmək lazım olduğunu bilirik" - Adrien Rabyo

"Özümüzə inanırıq və nə etmək lazım olduğunu bilirik" - Adrien Rabyo

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında bu gün İspaniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın mətbuat xidməti belə çatdırıb:

"İspaniya turnirin ən yaxşı futbol sərgiləyən komandasıdır. Onların əla hücumçuları var. Necə qol vurmaq lazım olduğunu yaxşı bilirlər. Əlbəttə, rəqibin güclü cəhətləri göz qabağındadır, amma zəif tərəfləri də var. Biz özümüzə güvənirik və nə etmək lazım olduğunu bilirik".

Qeyd edək ki, İspaniya - Fransa qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər