"Rumınlardan aqressiv oyun gözləyirəm" - Ronald Kuman

"Rumınlardan aqressiv oyun gözləyirəm" - Ronald Kuman

Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində bu gün Rumıniya yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:

"Rumınlardan aqressiv oyun gözləyirəm. Onlar fiziki cəhətdən çox güclüdürlər və bu, rəqibə müdafiədə üstünlük qazandırır. Rumıniya yığması standart vəziyyətlər zamanı da çox təhlükəlidir".

Qeyd edək ki, Rumıniya - Niderland matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər