"Qələbəyə olan inam sona qədər itməmişdi" - Mustafayev dramatik dueldən danışdı

"Qələbəyə olan inam sona qədər itməmişdi" - Mustafayev dramatik dueldən danışdı

Misli Premyer Liqasının 3-cü turunda "Səbail"i 2:1 hesabı ilə məğlub edən "Sumqayıt"ın ev oyunu yetərincə dramatik alındı. Matçdakı bütün qolların 87-ci dəqiqədən sonra vurulması Sumqayıtdakı qarşılaşmaya sözün əsl mənasında, rəng qatdı.

"Gənclik şəhəri" təmsilçisinin futbolçusu Vüqar Mustafayevlə əlaqə saxlayıb oyun barədə fikirlərini  öyrəndik. Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Səbail"lə oyun elə məcrada keçirdi ki, rəqib komandanın da bizim də qələbə qazanmaq şansımız var idi. Bu səbəbdən bizdə də, rəqibdə də son dəqiqiəyə kimi qələbəyə olan inam itməmişdi. Bildiyiniz kimi, matçın sonu olduqca dramatik alındı. İstənilən halda, qalib gələcəyimizə inanırdıq. Təbii ki, hər qələbə, hər qazanılan xal komandaya gələcək oyunlar üçün inam verir.  Allah qoysa, bu inam mövsümün sonuna kimi davam edər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər