"Oyun əlavə vaxta getməli idi" - Ronald Kuman

"Oyun əlavə vaxta getməli idi" - Ronald Kuman

Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında İngiltərədən aldıqları məğlubiyyəti (1:2) şərh edib. 

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"İngiltərə yığması ilk hissədə yarımmüdafiədə daha yaxşı təsir bağışlayırdı. Bu üzdən orta xətdə daha bir futbolçu əlavə etmək məcburiyyətində qaldıq. Son 20 dəqiqədə isə üstünlük bizim tərəfimizdə idi. Lakin qolu vuran tərəf rəqib oldu. Bu futboldur, belə sonluqlar hər zaman olur. Oyun əlavə vaxta getməli idi. Futbolçularımla fəxr edirəm".

Qeyd edək ki, İngiltərə finalda İspaniya ilə üz-üzə gələcək. İyulun 14-də baş tutacaq həlledici oyun saat 23:00-da keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər