"Məğlubiyyətə görə təslim olmayacağıq" - Mixal Probej

"Məğlubiyyətə görə təslim olmayacağıq" - Mixal Probej

Polşa millisinin baş məşqçisi Mixal Probej Avropa çempionatının qrup mərhələsinin I turunda Niderlanddan aldıqları məğlubiyyəti (1:2) şərh edib.

Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis oyundan sonra baş tutan mətbuat konfransında belə danışıb:

"Öncə bütün polşalı azarkeşlərə, stadionda olanlara və oyunu televiziya vasitəsi ilə izləyən tərəfdarlarımıza təşəkkür edirəm. Məğlubiyyətə görə təslim olmayacağıq. Qarşıdakı iki oyunda qələbə qazanmaq istəyirik. Daha yaxşı çıxış edə bilərik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər