"Buna görə narahat deyiləm" - Vircil van Deyk

"Buna görə narahat deyiləm" - Vircil van Deyk

"Liverpul"un kapitanı Vircil van Deyk "qırmızılar"la müqaviləsinin başa çatmaq üzrə olmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Mirror" onun sözlərini belə çatdırıb:

"Bu mövsümü ən yüksək səviyyədə keçirmək istəyirəm. Klubum üçün önəmli futbolçu olmaq əsas hədəfimdir. Gələn il nə olacağını zaman göstərəcək. Hazırda müqavilə ilə bağlı vəziyyət dəyişməsə də, sakitəm. Buna görə narahat deyiləm. Qarşıda uzun marafon var. Ümid edirəm ki, mövsüm bizim üçün uğurlu olacaq".

Qeyd edək ki, 2018-ci ildən "Liverpul"da olan van Deykin müqaviləsinin müddəti gələn ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər