"Bu səbəbdən əks-hücumlara üstünlük verdik"

"Bu səbəbdən əks-hücumlara üstünlük verdik"

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Qarabağ"ı məğlub edən "Ludoqorets"in baş məşqçisi Georgi Dermenciyev qarşılaşmadan sonra mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi ilə bitən görüşü belə dəyərləndirib:

"Qarabağ" açıq futbol oynayırdı. Öz səhvimizdən rəqibə qol imkanı yaratdıq. Futbolçumuzun ayağı iki tərəfdən sındığı üçün üzgünəm. "Qarabağ" hücuma çox futbolçu ilə çıxırdı. Bu səbəbdən əks-hücumlara üstünlük verirdik. Mübarizə hələ bitməyib. Oyunun davamı Bolqarıstanda olacaq. İki futbolçumun olmaması bizim üçün itkidir".

Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasında cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər