"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola İngiltərə Premyer Liqasının 19-cu turunda "Lester Siti" üzərində qazandıqları 6:3 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, mütəxəssisin söylədiklərini BBC belə çatdırıb:
"Maraqlı və gərgin oyun izlədik. Yekunda qələbə qazandıq. Bu ruhda da davam edəcəyik. Oyunçularımızın keyfiyyəti mütləq vurğulanmalıdır. Futbolçuların ustalıq səviyyəsi olmasa, nə məşqçi amili işə yarayar, nə də taktika... "Lester"in də çox keyfiyyətli futbolçuları var. Biz dörd top fərqi ilə öndə olanda da olduqca kəsərli həmlələr təşkil ediridlər. Onlar əks-hücum ustalarıdır. İkinci yarıda rəqib oyun üslubunu dəyişdi. Pressinq etməyə başladılar. Ancaq bu, bizim fasilədən sonra zəif oynadığımız anlamına gəlməməlidir".
Nihat