Quardiola: "Biz də hamı kimi insanıq"

Quardiola: "Biz də hamı kimi insanıq"

"Mançester Siti"nin norveçli ulduzu Erlinq Holand supermarketlərdən birində alış veriş edərkən paparatsilərin kamerasına tuş gəlib və bir çox idman nəşrlərində müzakirə mövzusu olub.

Fanat.Az xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Quardiola isə buna reaksiya verib.

"Sky Sports" 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: 

"O, kinoya, restorana, teatra gedə bilər. Hamı kimi o da mağazadan nəsə ala bilər. Burada qeyri adi nə var ki?  Bəli, televiziyada bizi daha çox göstərirlər, amma biz eyni insanlarıq. Eynilə hamı kimi”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər