"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bildirib ki, portuqaliyalı yarımmüdafiəçi Bernardu Silva heç bir təklif daxil olmadığı üçün komandada qalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə məlumat "The Mirror" nəşrinə məxsusdur.
“Bernardu qalacaq. Bizimlə bu mövzu ətrafında heç kim əlaqə saxlamayıb. Ona görə də o, qalır”, - deyə 51 yaşlı mütəxəssis bildirib.
Daha əvvəl Bernardu ilə "Barselona"nın maraqlandığı haqda xəbərlər yayılmışdı.
Emin