Qrossmeysterimiz Prezident kubokunda mübarizəyə başladı

Qrossmeysterimiz Prezident kubokunda mübarizəyə başladı

Azərbaycan şahmatçısı Vasif Durarbəyli Özbəkistanın paytaxtı Daşkənddə Prezident kuboku turnirində iştirak edir.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster ilk turda ev sahibi ölkənin təmsilçisi Nilufər Yakubboyeva ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Durarbəyli rəqibi ilə heç-heçəyə razılaşıb.

Təmsilçimiz növbəti turda qara fiqurlarla Özbəkistanın digər şahmatçısı Ali Kasimov ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışda Hindistan, Almaniya, Niderland, Türkiyə və digər ölkələrdən ümumilikdə 62 şahmatçı iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər