Qrossmeysterimiz ABŞ-da ardıcıl ikinci dəfə uduzdu

Qrossmeysterimiz ABŞ-da ardıcıl ikinci dəfə uduzdu

Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fall Chess Classic" turnirində növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster yarışın dördüncü turunda qara fiqurlarla ABŞ təmsilçisi Qriqori Oparin ilə qarşılaşıb. Matç 41-ci gedişdə rəqibin qələbəsi ilə yekunlaşıb.

Bu, şahmatçımızın turnirdə ardıcıl ikinci məğlubiyyəti olub.

Abasov hazırda 1,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 3,5 xal toplayan Vidit Santoş Qucratidir (Hindistan).

Ümumilikdə 10 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa noyabrın 10-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər