Qrizmann son 7 ildə ilk dəfə kənarda qalacaq

Qrizmann son 7 ildə ilk dəfə kənarda qalacaq

 "Atletiko Madrid"in forvardı Antuan Qrizmann son 7 ildə ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək.

Fanat.Az-ın məlumatına görə, 32 yaşlı hücumçu topuğundakı zədə səbəbindən ölkəsinin yığmasının  Almaniya və Çiliyə qarşı keçirəcəyi yoldaşlıq matçlarına kənardan baxacaq.

Antuan 2017-ci ildən bəri yığmada ardıcıl 84 matçda meydana çıxıb və "xoruzlar"ın heç bir matçını buraxmayıb.

Qeyd edək ki, Fransa seçməsi martın 23-də Almaniya, bundan 3 gün sonra isə Çili ilə qarşılaşacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər