Qriliş məsxərəyə qoyuldu - Yazdığını sildi

Qriliş məsxərəyə qoyuldu - Yazdığını sildi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Cek Qriliş komandası dünən İspaniyada "Real Madrid"ə məğlub olduqdan (1:3) sonra səkkiz il öncə "Twitter"də yazdığını silib.

Fanat.Az xəbər verir ki, yarımfinalın cavab qarşılaşmasının ardından Qrilişin 2014-cü ilin aprelində yazdığı "Hala Madird!" tviti sosial şəbəkələrdə məsxərəyə qoyulub.

Qriliş "Real"ı Çempionlar Liqasının yarımfinalında “Bayern Münhen”lə üz-üzə gələrkən dəstəkləyib.

Kral klubu həmin mövsüm ÇL-in finalında əzəli rəqibi "Atletiko Madrid"i yenərək turnirin qalibi olub.

Qriliş məsxərəyə qoyuldu - Yazdığını sildi

Xatırladaq ki, 2014-cü ildə "Aston Villa" klubuna məxsus olan Qriliş icarə əsasında "Nots Kaunti" klubunda çıxış edirdi. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər