Belaruslu mütəxəssis Viktor Qonçarenkonun “Ural”ın baş məşqçisi postundakı işinə xitam verilib.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Yekaterinburq klubu ötən gün 2024/25 mövsümündə Premyer Liqada oynamaq hüququ uğrunda ilk pley-off matçında "Akrona" uduzub (0:2). “Ural” ötən mövsüm RPL-də 14-cü yeri tutub.
Yevgeni Averyanov “Ural”ı “Akron”la ikinci pley-off matçına hazırlayacaq.
Qonçarenko “Ural”a 2022-ci ilin avqustundan rəhbərlik edirdi. 46 yaşlı mütəxəssis daha əvvəl "Krasnodar", "ÇSKA" kimi komandalardakı işi ilə tanınır.
Mirağa