"Monako”nun və Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Qolovin 3 nəfəri döyməkdə ittiham olunan futbolçular – Pavel Mamayev və Aleksandr Kokorin haqda danışıb.
Fanat.Az "Sports.ru”ya istinadən xəbər verir ki, istedadlı orta xətt oyunçusu belə deyib: "Bütün hallarda onları dəstəkləyəcəm. İkisini də tanıyıram. Baş verənlər məni çox təəccübləndirdi. Hadisənin boş yerə baş vermədiyinə də əminəm. Videogörüntüdə isə hər şey tam göstərilməyib”.
Qeyd edək ki, Kokorinlə Mamayevə cinayət işi açılıb və onların 8 dekabr tarixinə qədər nəzarətdə saxlanılmasına qərar verilib.
Fanat.Az