“Qızıl əlcək” mükafatının qalibi bəlli oldu

“Qızıl əlcək” mükafatının qalibi bəlli oldu

İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün ən yaxşı qapıçısı məlum olub.

Fanat.Az xəbər verir ki, bu, “Mançester Yunayted”in qapıçısı David de Xeadır.

De Xea digər namizədləri – Alisson Bekker (“Liverpul”, 14), Nik Pope (“Nyukasl”, 13) və Aaron Ramsdeyli (“Arsenal”, 13) qabaqlayaraq “qızıl əlcək” mükafatına sahib çıxıb.

İngiltərə çempionatının 37-ci turunda Mançester təmsilçisi “Bornmut” səfərinə yollanıb və görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, ispaniyalı qolkiper 17-ci dəfə qapısını toxunulmaz saxlayıb. De Xea bu göstəriciyə görə Premyer Liqada vahid lider olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər