Qattuzo Fransa nəhəngini çalışdıracaq

Qattuzo Fransa nəhəngini çalışdıracaq

Cennaro Qattuzo Fransa Liqa 1 nəhənglərindən olan "Olimpik Marsel"i çalışdırmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.   Mənbənin məlumatına görə, italiyalı mütəxəssis çərşənbə axşamı Fransa klubundan zəng alıb və alınan təkliflə razılaşıb. Marsel klubunun rəhbərliyinin bu gün onun təyinatını elan edəcəyi gözlənilir. 

Cennaro Qattuzonun əvvəlki klubu bu ilin yanvarında tərk etdiyi İspaniya "Valensiya"sı olub.

"Olimpik Marsel" isə sentyabrın 20-də Marselinyonu istefaya göndərib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər