Qasperini ən yaxşı məşqçi seçildi

Qasperini ən yaxşı məşqçi seçildi

İtaliya A Seriyasında may ayının ən yaxşı məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, bu, "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperinidir. 

Berqamo təmsilçisi may ayında çıxdığı 3 çempionat oyununun hamısında qələbə qazanıb.

A Seriyasının yekunlaşmasına 1 tur qalmış 66 xalı olan "Atalanta" 5-ci sırada mövqe tutub. 

Xatırladaq ki, "Atalanta"  Avropa Liqasının mayın 22-də keçirilən finalında "Bayer Leverkuzen"i 3:0 hesabı ilə üstələyərək tarixində ilk dəfə çempion olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər