“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? 

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? 

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Olimpik Marsel" - "Qarabağ" oyununa bilet satışı davam edir. 

Fanat.Az xəbər verir ki,  “Velodrom” stadionunda oynanılacaq matç üçün nəzərdə tutulan biletlər artıq tükənmək üzrədir. 

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 15 avroya satışa çıxarılmış 5-ci kateqoriya biletləri bitib. 

Satışda yalnız 20 avro, 25 avro, 29 avro və 39 avroya olan biletlər qalıb.

Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər