Qara Qarayev: "Aramızda gizli bir şey qalmayıb"

Qara Qarayev: "Aramızda gizli bir şey qalmayıb"
"Komanda olaraq oyuna yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdu”. 
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Qara Qarayev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Cənubi Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib. 
27 yaşlı yarımmüdafiəçi müsbət nəticə qazanmağa çalışacaqlarını söyləyib: "Futbolçular üçün ən vacibi həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaqdı. Fikrimcə, bu baxımdan yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, öz meydanımızda azarkeşlərimizi sevindirək”. 
Milli komandamızın üzvü cari mövsümdə artır bir dəfə qarşılaşdıqları APOEL-i yaxşı tanıdıqlarını vurğulayıb: "Aramızda gizli bir şey qalmayıb. Rəqib də bizi tanıyır. Ən böyük üstünlüyümüz evdə oynamağımızdı. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verə bilər”.
Ötən turda "Düdelanj”la oyunda baş verənlərə bir daha münasibət bildirən Qarayev onların işinin ölkənin bayrağını uğurla təmsil etmək olduğunu söyləyib: "İdmançı kimi, siyasəti idmana qatmaq istəmirik. Dünya arenasında işimizi meydanda görmüşük. Qarabağ bizimdi, bunu bütün dünya bilir. Bizim olan dəyərlərə görə, qıcıq olmuruq. Kiməsə sübut edəcək bir şey də yoxdu. "Qarabağ”ın avrokubok oyununda əski parçasını gətirib iddia etmək özü gülüncdü”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər