"Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa "Borussiya Dortmund"un yarımmüdafiəçisi Marko Roysun cərimə zərbəsindən qorxduğunu etiraf edib.
Fanat.Az xəbər verir ki, COPE qapıçının Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra dediklərini belə çatdırıb.
"Biz qayda pozuntusuna yol verəndə və Roys cərimə zərbəsini yerinə yetirəndə özümü güclə saxladım. Az qala şalvarımı batıracaqdım".
Qeyd edək ki, matçın hakimi 16-cı dəqiqədə "Çelsi"nin cərimə meydançasının yaxınlığında qayda pozuntusu qeydə alıb. Roys topu canlı səddin üzərindən tirin altına göndərsə də, Arrizabalaqa əla seyvlə komandasını qoldan xilas edib.
Sonda Dortmund “Borussiya”sına 2:0 qalib gələn londonlular iki oyunun nəticəsinə görə 1/4 finala adlayıb.
Mirağa