Braziliya çempionatında aşağı liqa oyunlarından birində gözlənilməz hal yaşanıb.
Fanat.Az "Globoesporte"-yə istinadən xəbər verir ki, komandalardan birinin 24 yaşlı qapıçısı anti-qəhrəman olub.
Belə ki, elə oyun zamanı polis meydana daxil olaraq ona yaxınlaşıb və həbs olunduğunu bildiriblər. Bütün bunlar Belo Horizontedən 380 kilometr aralıda yerləşən Mutum şəhərində baş verib.

Məlum olub ki, polislər uzun müddətdir ki, qapıçını izləyirmiş, onun davamlı cinayətkar olduğu üzə çıxıb - o, hədə-qorxu, narkotik alveri və aqressiv davranışda ittiham olunub. Qapıçı oyundan birbaşa cəzaçəkmə müəssisəsinə göndərilib.
Mirağa