Qalmaqal: DÇ-nin iştirakçısına viza vermədilər, oyun ləğv olundu

Qalmaqal: DÇ-nin iştirakçısına viza vermədilər, oyun ləğv olundu

Kosta-Rika və İraq milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ləğv edilib.

Fanat.Az AS-a istinadən xəbər verir ki, buna səbəb İraq sərhədində viza problemi olub.   Məlumata görə, İraq tərəfi Kosta-Rika millisinin üzvlərinin pasportlarına viza möhürü vurulması ilə bağlı ilkin razılaşmadan imtina ediblər. Bu isə mərkəzi amerikalıların digər ölkələrə girişində problemlər yaradacaqdı.

Komandaların görüşü noyabrın 17-də Bəsrədə (İraq) keçirilməli idi.

Kosta-Rika Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçısıdır. Sözügedən yığma İspaniya, Almaniya və Yaponiya ilə E qrupunda mübarizə aparacaq. Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər