Qadın güləşçilərdən AÇ-yə uğursuz start

Qadın güləşçilərdən AÇ-yə uğursuz start

Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova moldovalı Mariya Leordaya qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə uduzub.

55 kq-da yer alan Elnurə Məmmədova polşalı Angelika Mitkovskanı məğlub etsə də, 1/4 finalda isveçli Emma Malmqrenə yenilib.

68 kq-da çıxış edən Nigar Mirzəzadə ilk görüşündə slovakiyalı Suzanna Molnara ilə bacarmayıb.

82 kq-da mübarizə aparan Yunan-Roma güləşçisi İsmayıl Rzayev isə təsəlliverici görüşdə polşalı Adam Qardziolaya məğlub olub.

Bu gün həmçinin yunan-Roma güləşçiləri medal qarşılaşmalarına çıxacaqlar. 60 kq-dakı Elmir Əliyev finalda Melkamu Fetene ilə, 72 kq-dakı Qurban Qurbanov İrfan Mirzoyevlə (Ukrayna), 97 kq-dakı Murad Əhmədiyev Aleks Şoke ilə (Macarıstan) güləşəcək.

67 kq-dakı Həsən Məmmədli bürünc medal uğrunda görüşdə İvo İliyevin (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər