Poçettino final ərəfəsində 1 oyunluq cəza aldı

Poçettino final ərəfəsində 1 oyunluq cəza aldı

UEFA "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinoya bir oyunluq şərti cəza verib.

Fanat.Az-ın qurumun saytına istinadən məlumatınagörə, səbəb mütəxəssisin Çempionlar Liqasının yarımfinalında "Ayaks"la ilk matça (0:1) gecikməsidi. Eyni hal qarşıdakı 1 ildə yenidən baş versə, şərti cəza qüvvəyə minəcək. Bu isə o deməkdir ki, argentinalı çalışdırıcı ÇL-in finalında - "Liverpul"la  matçda texniki zonada yer alacaq.

Poçettinonun sözügedən intizamsızlığı "Tottenhem"i də 10 min avro ziyana salıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər