"Barselona"nın müdafiəçisi Jerar Pike üçün mövsüm başa çatıb.
Fanat.Az xəbər verir ki, sol budundakı zədədən əziyyət çəkən 35 yaşlı müdafiəçi mövsümün qalan oyunlarında meydana çıxa bilməyəcək.
Bu barədə Sport.es-ə klubdan məlumat verilsə də, futbolçunun sıraya qayıdacağı dəqiq tarix bilinmir.
Qeyd edək ki, Jerar Pike bu mövsüm Kataloniya təmsilçisinin heyətində 39 oyuna çıxıb və 3 qol vurub.