Penaltini qaçıran Burak Yılmaza atəş açdılar - VİDEO

Penaltini qaçıran Burak Yılmaza atəş açdılar - VİDEO

Portuqaliya ilə DÇ-nin pley-off oyununda penaltidən bərabərlik qolunu vura bilməyən Türkiyə millisinin hücumçusu Burak Yılmaz azarkeşlərin qəzəbinə tuş gəlib.

Fanat.Az xəbər verir ki, sosial şəbəkələrdə penalti epizodu ilə bağlı maraqlı video yayılıb.

Oyunu televizor qarşısından izləyən çılğın fanat tapançanı ekrana tuşlayıb. Burak hədəfə düşə bilməyəndən sonra isə tapançadan ona (ekrana) atəş açıb.  

Qeyd edək ki, oyundan 3:1 hesablı yenilgi ilə ayrılan Türkiyə Qətərdə keçiriləcək dünya çempionatından kənarda qalıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər