Pavel Paşayev darmadağına sevindi

Pavel Paşayev darmadağına sevindi
Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda "Minay”ı qəbul edib və 3:0 hesablı qələbə qazanıb.
 
Paşayev start "11-lik"də meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 14-cü dəqiqədə sarı vərəqə alıb.
 
"Aleksandriya” 15 turdan sonra 22 xalla 14 kollektiv arasında 5-ci pillədə mövqe tutub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər