Paris-2024: Muradı yarımfinala buraxmadılar

Paris-2024: Muradı yarımfinala buraxmadılar

Azərbaycan boksçusu Murad Allahverdiyev Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla qarşılaşıb.

Rəqibinə məğlub olan təmsilçimiz çıxışını başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finalda Aybek Oralbanı (Qazaxıstan) yenərək yarımfinala adlayıb. Bu isə o deməkdir ki, milliləşdirilmiş idmançı ən azı bürünc medalı təmin edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər