Paris-2024: Güləş milliləri son hazırlıq prosesinə start verdi

Paris-2024: Güləş milliləri son hazırlıq prosesinə start verdi

Azərbaycanın güləş üzrə milli komandaları Paris olimpiadasına son hazırlıq prosesinə başlayıb.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi yığmalarımız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçilərimiz isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcəklər.

Hər 3 komandanın Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.

Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris-2024-də güləş yarışı avqustun 5-11-i aralığında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər