Para-atletlərimiz İsveçrəyə yollandı

Para-atletlərimiz İsveçrəyə yollandı
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli  komandası İsveçrənin Nottvil şəhərinə yollanıb.
 
Fanat.Az xəbər verir ki, idmançılarımız səfərə baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 6 nəfərlik heyətlə gedib. Səfərin məqsədi 10-17 may  tarixlərində keçiriləcək atletika idman növü üzrə Qran-Pri yarışında iştirak etməkdi. 
Yarış Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər