Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında qızıl medal qazandı

Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında qızıl medal qazandı

Azərbaycan təmsilçisi "Flame" İtaliyanın Pistoya şəhərində "Gimnastika hamı üçün" növü üzrə 5-ci "European Gym for Life Challenge" festivalında birinci olub.

Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamız 74 iştirakçı arasında təşkil olunan yarışda uğurla çıxış edərək qızıl medal qazanıb. 

Kollektiv kiçik komandalar kateqoriyasında təqdim etdiyi kompozisiya ilə həm tamaşaçıların, həm də münsiflər heyətinin rəğbətini qazanıb.

"European Gym for Life Challenge" Avropanın ən nüfuzlu "Gimnastika hamı üçün" festivallarından biridir. European Gymnastics tərəfindən iki ildən bir təşkil olunan bu beynəlxalq tədbir müxtəlif ölkələrdən komandaları bir araya gətirərək, yaradıcılığın, texniki ustalığın və komanda ruhunun nümayiş etdirildiyi mötəbər platforma rolunu oynayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər