Ozan Canlı "Eyndhoven" darmadağın oldu

Ozan Canlı "Eyndhoven" darmadağın oldu

Futbol üzrə Niderland birinci divizionunda 34-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb. Sözügedən kollektiv PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Görüş "Eyndhoven"in böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 2:5.

Ozan bu görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb. O, 47-ci dəqiqədə komandasının birinci qolunun məhsuldar ötürməsini edib.

"Eyndhoven" çempionatda 38 xalla 14-cü sıradadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər