"Onların məni almağa pulları çatmadı"

"Onların məni almağa pulları çatmadı"

"Bolonya"nın hücumçusu Marko Arnautoviç "Mançester Yunayted"in onu yalnız bu yay yox, 5 il öncə - Joze Mourinyu "qırmızı şeytanlar"ı çalışdırdığı dönəmdə də transfer etmək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Gazzetta dello Sport" Avstriya millisinin forvardının dediklərini belə çatdırıb:

"O vaxt "Vest hem"də oynayırdım. Mourinyu məndən "Marko, sənin transfer qiymətin nə qədərdir" soruşdu.  Sualına "siz məni hələ də transfer etmək istəyirsiz" sualı ilə cavab verdim. Ancaq MY artıq Pol Poqbanı almışdı. Onların məni almağa pulları çatmadı".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər