"Onların heyəti 1 milyardlıqdır, bizimki 35 milyon"

"Onların heyəti 1 milyardlıqdır, bizimki 35 milyon"

Avstraliya millisinin baş məşqçisi Qrem Arnold DÇ-2022-nin qrup mərhələsinin ilk turunun Fransa yığması ilə oyunundan emosiyalarını bölüşüb.

Fanat.Az xəbər verir ki, "BBC Sport" avstraliyalı çalışdırıcının fikirlərini belə çatdırıb: 

"Matça əla başladıq, amma Fransa dünya kubokunu qazanmış komandadır... Onların heyətinin dəyəri 1 milyard avrodan çoxdur, bizimki isə 35 milyon. Bu, böyük fərqdir. Onların bir çox oyunçusu yüksək liqalarda oynayır, amma bizim orada heç kimimiz yoxdur".

Qeyd edək ki, Fransa Avstraliyanı 4:1 hesabı ilə məğlub edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər