"Onları qorxuzduq, qələbəyə layiq olan biz idik"

"Onları qorxuzduq, qələbəyə layiq olan biz idik"

"Roma"nın baş məqşçisi Joze Mourinyu İtaliya A Seriyasının son turunda lider "Napoli"yə qarşı səfərdə keçirdikləri oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, DAZN portuqaliyalı çalışdırıcının 1:2 hesabı ilə uduzduqları matç barədə dediklərini belə çatdırıb:

"İlk dəqiqələrdən sözün əsl mənasında, yaxşı futbol sərgilədik. Rəqibin hücumçusu Viktor Osimhenin vurduğu qoldan 10-15 dəqiqə sonra da vəziyyətə nəzarəti əldən vermədik. Pressinq tətbiq edir, top alır, yaxşı müdafiə olunurduq. 

Qəribə səslənə bilər, amma elə oyunlar olur ki, uduzduğun halda, öz gücünə əvvəlkindən də çox inanırsan. Bu matç da o cür oyunlardan idi. Biz "Napoli"yə əziyyət verdik. Onları qorxuzduq. Yalnız futbolçuları yox, stadiondakıların hamısını gərginlikdə saxlamağı bacardıq. Hərdən futbol ədalətsiz olur. Əlbəttə, bizim də haqq etmədiyimiz qələbələrimiz olub. Bunu danmıram. Ancaq məncə, bu görüşdə qələbəyə layiq olan biz idik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər