"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi mətbuata maraqlı fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, "Fotomaç" argentinalı forvardın sözlərini belə çatdırıb:
“Gənc nəslin əksəriyyəti "Qalatasaray" azarkeşidir, İkardinin yox. Onlar mənim fanatım deyillər. Mən də “Qalatasaray”ı təmsil edirəm”.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.
Nahid Məmmədov