Olmo vətəninə qayıdır - Danışıqlar başladı

Olmo vətəninə qayıdır - Danışıqlar başladı

Almaniyanın "Leypsiq" klubunun yarımmüdafiəçisi Dani Olmo Bundesliqanı La Liqaya dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb. 

Mənbənin məlumatına görə, "Atletiko Madrid" klubu onu transfer etməyə əsas namizəddir. 

Artıq tərəflər danışıqlara start verilib. Futbolçu əvvəlcə Madrid klubuna keçmək istəməyib. İspan futbolçu iddialı və ona daimi oynamaq şansı verən kluba keçmək istəyir. Ancaq digər variantlarda ona heç kim bu zəmanəti verməyib.

"Barselona" futbolçuya görə 60 milyon avro təzminat ödəyə bilməyəcək. "Mançester Siti" onu Kevin De Bröynenin əvəzləyicisi kimi nəzərdən keçirir, lakin belçikalı hələ gələcəyi ilə bağlı qərar verməyib. "Bayern" üçün isə o, Xavi Simonsdan sonra siyahıda ikincidir.

Olmo İspaniyaya qayıtmaq istəyir, ona görə də "Atletiko Madrid"lə bağlı fikrini dəyişib. Paytaxt klubu isə 26 yaşlı yarımmüdafiəçiyə klubda mühüm rol oynamaq vədi verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər