Olimpiya çempionuna cinayət işi açıldı

Olimpiya çempionuna cinayət işi açıldı

Rusiyalı Olimpiya çempionu və "Novosibirsk" klubunun keçmiş baş direktoru Andrey Perlov dələduzluqda ittiham olunur.

Fanat.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsi ona qarşı cinayət işi açıb.

62 yaşlı sabiq idmançı 2020-2022-ci illərdə Novosibirsk təmsilçisinin baş direktoru postunu tutub.

Qeyd edək ki, Perlov 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında qaçış üzrə qızıl medal qazanıb. O, həmçinin 2 dəfə Dünya Kubokunda komanda yarışlarının qalibi və 6 dəfə SSRİ çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər